Sərnişinlər 7A marşrutundan narazıdır: Kondisionerin suyu salonun içinə axır
7A nömrəli marşrut avtobuslarından istifadə edən sərnişinlər kondisionerlərin nasaz vəziyyətdə olmasından şikayətlənirlər.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə müraciət daxil olub.
Şikayətçilərin sözlərinə görə, avtobusun kondisionerindən axan su birbaşa salonun içinə tökülür. Nəticədə sərnişin oturacaqları və döşəmə islanır, bəzi hallarda isə sərnişinlərin üzərinə su damcılayır.
Bildirilib ki, problem tək bir avtobusda deyil, bir neçə nəqliyyat vasitəsində müşahidə olunur. Yayın isti günlərində kondisionerlərin işləməsi vacib olsa da, nasazlıq sərnişinlər üçün ciddi narahatlıq yaradır.
Həmin kadrları təqdim edirik:
Oxşar xəbərlər
Evdən pul dolu seyfi oğurlayan şəxslər qandallandılar
Yaşayış evindən 75 500 manat məbləğində pul oğurlayan şəxslər saxlanılıblar. BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildi...