Şəmkirdə qadın "Prius"u aşırdı: 6 nəfər XƏSARƏT ALDI
Yeniliklərdən dərhal xəbərdar olun
Şəmkirdə minik avtomobilinin aşması nəticəsində 6 nəfər xəsarət alıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, xəsarət alanlar Bərdə rayon sakinləri; 1995-ci il təvəllüdlü N. İsmayılova, 1995-ci il təvəllüdlü S. Bayramov, 1964-cü il təvəllüdlü C. Mirzəyeva, 2014-cü il təvəllüdlü M. Bayramzadə, 2016-cı il təvəllüdlü A.Bayramzadə və 2019-cu il təvəllüdlü Y Bayramzadədir.
Qeyd edək ki, Bərdə rayon sakini, 1995-ci il təvəllüdlü İsmayılova Nərgiz Rəhman qızı idarə etdiyi "Toyota Prius" markalı avtomobili aşırıb.
Hadisə Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun Şəmkir rayonunun Düyərli kəndi ərazisindən keçən hissəsində baş verib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...