Şəmkirdə dərədən 56 yaşlı kişinin meyiti tapıldı: Oğlu qətldə şübhəli bilinir
26
yan
2026
23:03
Şəmkir rayonunda dərədən kişi meyiti tapılıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, onun qətlə yetirildiyi müəyyən edilib.
Qeyd olunub ki, 1970-ci il təvəllüdlü A.Nəbiyevin başına küt alətlə zərbə endirilib. O, aldığı xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.
İlkin məlumata görə, 56 yaşlı kişi oğlu tərəfindən qətlə yetirilib. Hazırda şübhəli şəxsin saxlanılması istiqamətində Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Qazaxda Gürcüstan vətəndaşı olan 73 yaşlı TIR sürücüsünün meyiti tapılıb
Qazaxda kişi meyiti tapılıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun İkinci Şıxlı kəndi ərazisində qeydə alınıb. Gürcüstan vətəndaşı, 73 yaşlı L...