Gəncədə səs-küy salıb atasını yuxudan oyadan şəxs həbs olundu

Gəncədə səs-küy salıb atasını yuxudan oyadan şəxs həbs olundu
Hadisə 31

Gəncədə evdə səs-küy salan oğul həbs olunub.

BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, hadisə şəhərin Nəvai küçəsində baş verib.

36 yaşlı Fərahim Şükürov (şərti adla) evə gələrək səs-küy salıb. Bu zaman səs-küyə oyanan atası hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Gələn polis əməkdaşları Fərahimin ucadan nalayiq ifadələr işlətdiyini görüblər. Ona hərəkətlərini dayandırması bildirilsə də, Fərahim qanuni tələbə məhəl qoymayaraq, əməllərinə davam edib.

Nəticədə o, saxlanılaraq şöbəyə gətirilib. Barəsində müvafiq maddələrlə protokollar tərtib olunub.

F.Şükürovun sözlərinə görə, atası yatan vaxt evə gəlib və özünə əsəbiləşdiyi üçün səs-küy salıb. Səs-küyə görə yuxudan oyanan atası onun barəsində şikayət edib. Fərahim etdiyi əməldən peşman olduğunu deyərək, barəsində yüngül cəza verilməsini istəyib.

Məhkəmənin qərarı ilə Fərahim Şükürov 25 gün müddətinə inzibati qaydada həbs olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

25 yaşlı azərbaycanlı Polşada vəfat etdi

25 yaşlı azərbaycanlı Polşada vəfat etdi

Gürcüstanın Marneuli bələdiyyəsinin Candar kənd sakini, 25 yaşlı Azər Mehtiyev Polşada vəfat edib. BAKU.WS 24News.ge saytına istinadən xəbər verir ki, Azər Meht...

0 Hadisə 11:11 11 oktyabr 2026

Son xəbərlər