Beyləqanda avtomobil elektrik dirəyinə çırpılıb, cərəyan sürücünü vuraraq öldürüb
11
okt
2026
11:35
Beyləqanda ölümlə nəticələnən avtomobil qəzası olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Təzəkənd kəndində baş verib.
Belə ki, rayonun Bolsulu kənd sakini Məhəmməd Səfərəliyev "VAZ-2107" markalı avtomobilə idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı elektirik dirəyinə çırpılıb. Bu zaman elektirik dirəyi aşaraq avtomobilin üzərinə düşüb. Sürücü avtomobildən çıxmaq istəyəndə onu elektrik cərəyanı vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Qazaxda Gürcüstan vətəndaşı olan 73 yaşlı TIR sürücüsünün meyiti tapılıb
Qazaxda kişi meyiti tapılıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun İkinci Şıxlı kəndi ərazisində qeydə alınıb. Gürcüstan vətəndaşı, 73 yaşlı L...