Şəkidə selin apardığı körpü-keçid bərpa olunur
25
may
2026
12:02
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Şəkidə ötən gün sel sularının apardığı körpü-keçid bərpa edilir.
BAKU.WS report-a istinadən xəbər verir ki, mayın 24-də axşam saatlarında intensiv yağışlar nəticəsində ərazidən keçən sel rayonun Cunud kəndini Şəki şəhəri və Baş Layısqı kəndi ilə birləşdirən körpü-keçidi yararsız vəziyyətə salıb.
Nəticədə kənd əhalisinin şəhərlə gediş-gəliş əlaqəsi kəsilib.
Bu gün səhər saatlarından etibarən, Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən keçidin bərpa işlərinə başlanılıb. Hazırda ərazidə texnikaların köməyi ilə bərpa işləri aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll ediləcək
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll ediləcək. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddət...