Səbinə Əliyeva monteneqrolu həmkarına Azərbaycan vətəndaşlarının saxlanılması ilə bağlı müraciət edib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva son günlər Monteneqronun paytaxtı Podqoritsa şəhərində bir neçə Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı monteneqrolu həmkarı Sinişa Bjekoviçə məktub ünvanlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, müvəkkil həmkarından məsələni öz nəzarətinə götürməsini və hazırda həbsdə olan Azərbaycan vətəndaşlarının hüquqlarının Monteneqronun milli qanunvericiliyinə, habelə beynəlxalq insan hüquqları öhdəliklərinə uyğun şəkildə müdafiəsinin təmin edilməsini xahiş edib.
Ombudsman saxlanılan şəxslərin təqsirsizlik prezumpsiyası, hüquqi yardıma çatım və tərcüməçidən istifadə hüquqlarının təmininin vacibliyini vurğulayıb.
Səbinə Əliyeva həmçinin beynəlxalq sənədlərdə təsbit olunmuş bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi prinsiplərinə uyğun olaraq, etnik, milli və ya dini zəmində hər hansı bir ayrı-seçkiliyin, nifrət dolu çıxışların və ya düşmənçilik münasibətlərinin qarşısının alınmasının vacibliyini də vurğulayıb.
Qeyd edək ki, bir neçə gün əvvəl xarici mətbuatda bir qrup Azərbaycan və Türkiyə vətəndaşlarının yerli sakinlərlə qarşıdurması barədə məlumatlar dərc olunub.
Oxşar xəbərlər
Dünən axtarışda olan 30 nəfər saxlanılıb
Martın 23-də ölkə ərazisində qeydə alınan 40, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidm...