Saxta sənədlə Azərbaycana keçmək istədilər – FOTO
12
dek
2018
14:06
Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində son günlərdə buraxılış məntəqələrində 5 şəxsin saxta sənədlərlə dövlət sərhədindən keçmələrinin qarşısı alınıb.Qurumun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, dekabrın 2-də Moskva-Bakı reysi ilə uçub gələn Pakistan vətəndaşı 1989-cu il təvəllüdlü Ənvər Coninin Böyük Britaniyaya məxsus pasportun qismən saxta olması,4 dekabr tarixində Bakı-İstanbul reysi ilə uçub gedən Pakistan vətəndaşı 1984-cü il təvəllüdlü İmran Saqibin İsveçə məxsus İD kartının tam saxta olması müəyyən olunub.Bundan başqa, 5 dekabr tarixində Moskva-Bakı reysi ilə uçub gələn Özbəkistan vətəndaşı 1993-cü il təvəllüdlü Zubaydiva Ziyodanın pasportunda tarix-ştampların saxta olması,6 dekabrda Ərbil-Bakı reysi ilə uçub gələn Böyük Britaniya vətəndaşı 1984-cü il təvəllüdlü Suar Solav Mohammed Aminin pasportunun saxta olması müəyyən edilib, araşdırma zamanı üzərindən ona məxsus İraq vətəndaşı 1982-ci il təvəllüdlü Qahriya Sulaiman Husseinin adına olan pasport aşkar olunub.Həmçinin 7 dekabr tarixində Dubay-Bakı reysi ilə uçub gələn Hindistan vətəndaşı 1992-ci il təvəllüdlü Çaudhari Ravindrakumar Coitabhainin Azərbaycan Respublikasına elektron vizasının saxta olması aşkar olunub.BAKU.WS
Oxşar xəbərlər
4 İran vətəndaşının saxta sənədlərlə Azərbaycana daxil olmalarının qarşısı alınıb
Son günlərdə 4 İran vətəndaşının saxta sənədlərlə Azərbaycanın dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınıb.Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəz...