AZAL 3 istiqamətə uçuşların vaxtını dəyişib

AZAL 3 istiqamətə uçuşların vaxtını dəyişib
Sosial 1234
“Azərbaycan Hava Yolları” (AZAL) QSC Bakıdan Moskva, Bağdad və Bodrum istiqamətində bu gün yerinə yetiriləcək reyslərin cədvəlində dəyişikliklər edib.Bu barədə AZAL-ın mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.Dəyişikliyə əsasən, J2 852 Bakı-Moskva reysi 10:40-dan 17:00-a, J2 5011 Bakı-Bağdad reysi 19:00-dan 01:00-a (növbəti gün), J2 023 Bakı-Bodrum reysi isə 10:00-dan 14:00-a keçirilib. Əks istiqamətlərə uçuşlarda da dəyişiklik var.Belə ki, J2 851 Moskva-Bakı reysi 14:50-dan 20:10-a, J2 5012 Bağdad-Bakı reysi 22:45-dan 03:45-ə (növbəti gün) və J2 024 Bodrum-Bakı reysi 14:15-dən 18:15-ə keçirilib.BAKU.WS

Son xəbərlər