Azərbaycan sərhədində əməliyyat – saxlanılanlar var
22
iyn
2018
09:37
Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində son günlərdə 2 xarici vətəndaşın saxta sənədlərlə Azərbaycan Respublikasının dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınıb.DSX-dan BAKU.WS-ə verilən məlumata görə, iyunun 17-də “Bakı-Doha” reysinin rəsmiləşdirilməsi zamanı 1991-ci il təvəllüdlü Ali Shah adlı Pakistan vətəndaşının pasportundakı Yaponiya vizasının həqiqiliyi şübhə doğurub, laboratoriya şəraitində dərinləşdirilmiş yoxlama zamanı vizanın saxta olması təsdiqini tapıb.İyunun 19-da “Bağdad-Bakı” reysi ilə gəlmiş İtaliya vətəndaşı 1985-ci il təvəllüdlü Yousif İbrahim John adlı şəxsin pasportunun həqiqiliyi şübhə doğurub, dərinləşdirilmiş yoxlama nəticəsində pasportun məlumat səhifəsi dəyişdirilməklə saxtalaşdırılması müəyyən edilib. Araşdırma nəticəsində həmin şəxsin 1983-cü il təvəllüdlü İraq vətəndaşı Hayder Hashim İbrahim olması müəyyən olunub.Saxlanılmış əcnəbilər barəsində müvafiq tədbirlər həyata keçirilirBAKU.WS
Oxşar xəbərlər
Ramin Hacılı sərhəddən qanunsuz keçmək istəyərkən saxlanılıb - 250 min borcu var
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdiri...