Saxta COVID pasportu satan həkimlərə CİNAYƏT İŞİ açıldı
Yeniliklərdən dərhal xəbərdar olun
“Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində qanunsuz olaraq COVID-19 əleyhinə vaksinasiya olunması barədə saxta sənədlərin tərtib edilməsi ilə bağlı daxil olmuş məlumat üzrə şəhər prokurorluğunda araşdırma aparılıb.
Bu barədə BAKU.WS-ə Mingəçevir Şəhər Prokurorluğundan məlumat verilib.
Araşdırma ilə qeyd olunan xəstəxananın vəzifəli şəxsləri tərəfindən ayrı-ayrı şəxlərə vaksin vurulmadığı halda COVID-19 əleyhinə vaksinasiya olunması barədə saxta sənədlərin tərtib edilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak edən şəxslərin müəyyən edilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir.
Oxşar xəbərlər
Azərbaycanda saxta COVID pasportu satan vəzifəli şəxslərə cinayət işi başlandı
Zaqatala rayon Mərkəzi Xəstəxanasında saxta COVID pasportu satanlarla bağlı cinayət işi başlanıb. Zaqatala Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə,...