Saray körpüsünün yaxınlığında çökən yol təmir edilib
Saray körpüsünün yaxınlığında çökmə baş verən yol təmir edilib.
BAKU.WS-in məlumatına görə, ərazidə təmir-bərpa işləri ötən gecə həyata keçirilib.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli BAKU.WS-ə açıqlamasında bildirib ki, Saray körpüsünün tikintisi zamanı Agentlik tərəfindən yanaşma yollarda hər hansı bərpa aparılmayıb. Burada, müəyyən hissələrdə çökmələr, çatlar və nahamarlıqlar var:
"Bir neçə gündür Saray körpüsündə çökmə olması ilə bağlı söz-söhbət yayılıb. Əslində Saray körpüsündə hər hansı problem yoxdur. Oradakı yanaşma yollarda prpblem var. Saray körpüsünün tikintisi zamanı tərəfimizdən yanaşma yollarda hər hansı bərpa aparılmayıb. Burada müəyyən hissələrdə çökmələr, çatlar və nahamarlıqlar var. O yolun yenidənqurulması ilə bağlı təkliflər hazırlamışıq. Körpüyə uyğun 4 hərəkət zolağı qorunmaqla yenidən qurulmasının təklifini hazırlayıb aidiyyatı üzrə yönəltmişik. Yəqin ki müsbət nəticəsi olar. Dünən isə yanaşma yolda söz-söhbətə səbəb olan çökən hissəyə yamaq vurulub", - deyə A. Nəcəfli vurğulayıb.
Oxşar xəbərlər
Neftçalada bazarda baş verən yanğın söndürüldü
Neftçala şəhərində bazarda baş verən yanğın söndürülüb. BAKU.WS report-a istinadən xəbər verir ki, bazarın 100 kvadratmetr sahəsi yanaraq yararsız hala düşüb. A...