Şamaxıda çoban nənəsini söyən arvadını çomaqla döydü
Şamaxıda çoban həyat yoldaşını çomaqla döyüb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Quşçu kəndində baş verib.
Kənd sakini, 1992-ci il təvəllüdlü Ağacavad Tarverdiyev heyvanlarını axtarmaq üçün kənd ərazisinə çıxıb. O, yolda həyat yoldaşı və nənəsi ilə qarşılaşıb və onlara evə getməyi tapşırıb. Ağacavad heyvanları tapıb həyətə gətirərkən həyat yoldaşını nənəsi ilə mübahisə etdiyini görüb. O, bununla bağlı həyat yoldaşına irad bildirib. Bu zaman həyat yoldaşı onun nənəsini söyüb. Hadisədən əsəbiləşən Ağacavad əlindəki çomaqla həyat yoldaşına zərbələr endirərək ona xəsarətlər yetirib.
Hadisə yerinə polis əməkdaşları gəliblər və A.Tarverdiyev saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş Şamaxı Rayon Məhkəməsinə göndərilib. Məhkəmə istintaqı dövründə ər-arvad barışdığından məhkəmə cinayət işinə xitam verib.
Oxşar xəbərlər
Bakı-Qazax yolunda təkəri partlayan maşın AŞDI - GÖRÜNTÜLƏR
Bakı-Qazax yolunda ağır yol qəzası baş verib. Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, hadisə saat 15:00 radələrində yolun Hac...