Şamaxıda avtomobil yolu ÇÖKÜB

Bu günlərdə Şamaxıda Çuxuryurd-Sis-Qaleybuğurd-Keçməddin-Qaladərəsi avtomobil yolunda çökmə baş verib.
Torpaq sürüşməsi nəticəsində yolun bəzi yerləri dağılıb, asfalt örtüyündə çökmələr və iri çatlar əmələ gəlib. Dörd kəndi birləşdirən, turizm əhəmiyyətli bu yolda il ərzində üçüncü dəfədir ki, torpaq sürüşməsi baş verir.
Yolun bəzi hissələrində hərəkət zolağı dərəyə doğru sürüşərək dağılıb, yolda 4-5 metr uzunluğunda iri və xırda çatlar əmələ gəlib. Yolun digər tərəfində isə asfalt örtüyü dağılaraq, iri qabarmalar yaranıb.
Sis kəndinə gedən avtomobil yolu da sürüşməyə məruz qalıb. Yolun bir hissəsinin uçması səbəbindən kəndə gediş-gəliş çətinləşib. Sakinlərin sözlərinə görə, sürüşmə hər gün davam edir.
Qeyd edək ki, sürüşmə baş verən ərazi rayon mərkəzindən 22 kilometr məsafədə yerləşir.
Qalereya
Oxşar xəbərlər
Bakıda avtobusda MÜBAHİSƏ: "Salaram səni təpiyimin altına, tez sür"
Bakıda, Biləcəri qəsəbəsində avtobusda insident yaşanıb. Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, hadisə ötən gecə "Biləcəri dai...
