Salyanda avtomobil piyadanı vuraraq öldürüb
09
apr
2023
10:34
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Kürqaraqaşlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, kənd sakini, 1967-ci il təvəllüdlü Məlikov Sərraf İldır oğlu yolu keçən zaman avtomobil onu vurub.
Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
“Ona çox zülm edirdi” - Atanın öz oğlunu öldürməsinin təfərrüatı
Qubada 35 yaşlı oğlu Sərraf Vahabovu öldürən 1957-ci il təvəllüdlü Nüsrət Vahabovun məhkəmə prosesi başa çatıb. BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki,...