Salyanda avtomobil 2 nəfəri vurub
04
sen
2025
09:10
Salyanda sərxoş sürücü mağazanın qarşısında dayanan iki nəfəri vurub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Qaraçala kəndi ərazisində baş verib. "Mercedes" markalı avtomobili sərxoş vəziyyətdə idarə edən sürücü mağazanın qarşısında dayanan Qaraçala kənd sakinləri, 1991-ci il təvəllüdlü İmanov Fərid Əvəz oğlunu və 1992-ci il təvəllüdlü Kazımzadə Anar Elxan oğlunu vurub.
Nəticədə hər iki piyada müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Sumqayıtda tikilidə yanğın söndürülüb
Sumqayıt şəhəri, Şəfəq qəsəbəsi ərazisində yerləşən tikilidə baş verən yanğın söndürülüb. Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. **...