Şakir Paşa sarayında yanğın: Layihə RƏHBƏRİ ÖLDÜ

Türkiyənin Böyükadasında "Şakir Paşa Ailəsi: Möcüzələr və qalmaqallar" serialının çəkildiyi tarixi Şakir Paşa sarayında yanğın baş verib.
BAKU.WS haber global-a istinadən xəbər verir ki, alovlara müdaxilə edən serial heyətinin əməkdaşı – layihə rəhbəri həyatını itirib.
Jurnalist Birsen Altuntaşın yaydığı məlumata görə, MedYapım-a məxsus serialın bu gün saray səhnələri çəkilməli idi. Aktyorlar çəkiliş üçün hazırlaşdıqları vaxt sarayın bir otağında naməlum səbəbdən yanğın başlayıb.
Yanğını söndürməyə çalışan, heyətdə "Taki" ləqəbi ilə tanınan layihə rəhbəri tüstüdən zəhərlənərək yerindəcə infarkt keçirib. Ona göstərilən bütün tibbi müdaxilələrə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
Hadisədən sonra çəkilişlər dayandırılıb, aktyor heyəti evlərinə göndərilib. Serial heyəti yayımladığı açıqlamada belə deyilib: "Komandamızın üzvü, layihə rəhbərimiz Takini itirdik. Başımız sağ olsun. Dəfn mərasimi ilə bağlı əlavə məlumat veriləcək."
Qeyd edək ki, bir neçə ay əvvəl də "Şakir Paşa Ailəsi: Möcüzələr və qalmaqallar" serialının Kartalda yerləşən çəkiliş pavilyonunda da yanğın baş vermişdi. O zaman serialda Böyükadadakı köşkü canlandıran 1200 kvadratmetrlik dekorasiya tamamilə yanaraq kül olmuşdu.

Oxşar xəbərlər
Saxtakarlıqda təqsirləndirilən sabiq baş həkimin apellasiya şikayətinə baxılıb
Bakı Apellyasiya Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında təqsirləndirilən, 2 saylı Dəmiryol Poliklinikasının sabiq baş hək...