Şair Əlisəmid Kür vəfat edib
Şair Əlisəmid Kür vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə report-a şairin ailə üzvləri məlumat verib.
Məlumata görə, şairin vida və dəfn mərasimi Salyanda olacaq.
Qeyd edək ki, şair səhhətində yaranan problemlər səbəbindən sentyabrın 15-də Respublika Diaqnostika Mərkəzinə yerləşdirilib.
Daha sonra müalicəsi Respublika Klinik Xəstəxanasında davam etdirilib.
Şairin səhhətində irəliləyiş əldə olunmadığına görə, o bir neçə gün öncə ailəsinin razılığı ilə evə buraxılmışdı.
Xatırladaq ki, Əlisəmid Cəfərli (Əlisəmid Kür) 8 fevral 1954-cü ildə Salyanda anadan olub.
Uzun müddət Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində redaktor, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında və Azərbaycan Teatr Muzeyində müxtəlif vəzifələrdə çalışıb.
Şeirləri dünyanın müxtəlif dillərinə tərcümə olunub, şeir almanaxlarında, ədəbi dərgilərdə dərc olunub.
Oxşar xəbərlər
Maştağada avtomobil işıq dirəyini aşırıb: Onlarla ev işıqsız qalıb
Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində elektrik enerjisinin verilməsində problem yaranıb. BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-ın qaynar xəttinə məlu...