Sabirabadda avtomobil qaz xəttinə çırpılıb, sürücü ölüb

31
dek
2021
18:51
Sabirabadda avtomobil qaz xəttinə çırpılıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə magistralının Sabirabad rayonu Nərimankənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Kəskin dumanlı havada Qaratəpə kənd sakini, 63 yaşlı Həbibov Qəhrəman İsgəndər oğlu idarə etdiyi “VAZ” markalı avtomobili qaz xəttinə çırpıb. Sürücü hadisə yerində ölüb. Hazırda sürücünün avtomobildə sıxılmış meyitinin FHN Sabirabad YMX əməkdaşları tərəfindən xüsusi avadanlığın köməyi ilə çıxarılması tədbirləri həyata keçirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
"Mercedes" "KamAZ"ın altına girdi: 1 ölü, 3 yaralı - AİLƏ FACİƏSİ (VİDEO)
Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.BAKU.WS xəbər verir ki, APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün sə...