Sabirabadda ağır QƏZA - Ölən və yaralananların kimliyi
Sabirabadda baş vermiş qəza nəticəsində "VAZ 2109"-un sürücüsü Sabirabad rayonunun Qaragüney kənd sakini, 1978-ci il təvəllüdlü Qurbanov İbrahim Səxavət oğlu hadisə yerində ölüb.
BAKU.WS xəbər verir ki, digər avtomobillərdə olan sərnişinlər 2000-ci il təvəllüdlü Ələsgərov Bəxtiyar, 1990-cı il təvəllüdlü Əhmədova Xalidə, 1970-ci il təvəllüdlü Allahverdiyeva Arifə, 1975-ci il təvəllüdlü Xudiyev Emin, 1964-cü il təvəllüdlü Turabov Mürvət müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.
Xatırladaq ki, Sabirabadda zəncirvari qəzanın baş verməsi nəticəsində 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
Rayonun Qaragüney kəndində "Mercedes Vito" markalı mikroavtobus, "VAZ 2109", "Opel" və "Qazel" markalı avtomobillərin toqquşub.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Hamamda elektrik cərəyanı vurub öldürdü
Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. BAKU.WS "Qafqazinfo" xəbər verir ki, oktyabrın 23-ü Pirəkəşkül qəsəbə sakini 1996-cı il təvəllüdl...