Saakaşvili binanın damına çıxıb özünü atmaq istəyir (VİDEO, FOTO)
05
dek
2017
11:58
Gürcüstanın keçmiş prezidenti, Ukraynada Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili binanın üstünə çıxaraq intihara cəhd edib. BAKU.WS-in məlumatına görə, bu barədə Ukrayna KİV-I xəbər yayıb. Saakaşvilinin intihara cəhd etməsinə səbəb qaldığı evə xüsusi xidmət orqanlarının əməkdaşlarınin basqın etməsidir. Belə ki, Saakaşvili xüsusi xidmət orqanlarının əməkdaşlarının əlindən xilas olmaq üçün binanın damına çıxıb. Saakaşvili binanın damından özünü aşağı atmaqla hədələyir. Siyasətçi bildirir ki, əgər ona toxunsalar özünü aşağı atacaq. Bu səbəbdən onun evinə xilasedicilər və tibb işçiləri cəlb olunub. BAKU.WS
Oxşar xəbərlər
Ukrayanaya daxil olan Saakaşvili yoxa çıxıb
Gürcüstanın keçmiş prezidenti və Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvilinin Ukraynada yoxa çıxması barədə xəbərlər yayılıb.BAKU.WS-in məlumatına gö...