Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda orta məktəbdə sinif yoldaşını üzərinə tezalışan maddə tökərək yandırmaqda təqsirləndirilən 2010-cu il təvəllüdlü T.Təhməzovun barəsində başlanılmış cinayət işində ittiham ağırlaşdırılıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanılsa da sonradan ittiham Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) maddəsinə dəyişdirilib. Hazırda faktla bağlı cinayət işinin istintaqı dəyişdirilib.
Xatırladaq ki, hadisə bu il aprelin 20-də Bakıdakı 286 saylı orta məktəbdə 9-cu siniflərin birində dərs zamanı baş verib. Təhsil müəssisəsinin 9-cu sinif şagirdi T.Təhməzov sinif yoldaşı M.Vəliyevlə mübahisə edib. Mübahisədən sonra Təhməzov özü ilə gətirdiyi plastik qabda olan tezalışan maddəni (spirt - red.) Vəliyevin üzərinə tökərək ona od vurub. Hadisə nəticəsində M.Vəliyev ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Şagirdin vəziyyəti ağır olduğundan o, Türkiyədəki klinikalardan birinə köçürülüb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən T.Təhməzov saxlanılıb və barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Azərbaycanlılarının pulunu talayan beynəlxalq şəbəkənin "Call center"inə zərbə vuruldu
Hüquq-mühafizə orqanlarının əməkdaşları adından Azərbaycan vətəndaşlarını aldadaraq pul vəsaitlərini ələ keçirən kiberdələduzluq şəbəkəsinin beynəlxalq axtarışd...