Gürcüstan-Azərbaycan sərhədində əməliyyat - 433 mobil telefon aşkarlandı

Gürcüstan-Azərbaycan sərhədində əməliyyat - 433 mobil telefon aşkarlandı
Hadisə 28

Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində mobil telefonların bəyan olunmadan gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.

Bu barədə BAKU.WS-ə komitədən məlumat verilib.

Bildirilib ki, İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin dartıcı hissəsində gizlədilən, gömrük orqanına bəyan edilməyən 433 ədəd mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər