Azərbaycanın bir sıra bölgələrində zəlzələ oldu

Azərbaycanın bir sıra bölgələrində zəlzələ oldu
Foto
Hadisə 1060

Xəzər dənizi sahillərində 5,7 maqnitudada zəlzələ qeydə alınıb.

BAKU.WS xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 00:33-də Dərbənddən (Rusiya) 50 km şimal-şimal-qərbdə qeydə alınıb. Zəlzələ ocağı 11 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, Dağıstandakı zəlzələ 5,3 maqnitudada olub, zəlzələ ocağı 66 kilometr dərinlikdə yerləşib. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ 3-4 bala qədər hiss olunub.

Qeyd edək ki, təbiət hadisəsi Azərbaycanın bir sıra şəhər və rayonlarında o cümlədən Quba, Xınalıq, Qusar, Siyəzən, Xudat, Şabran, Xaçmaz, Xızı, Bakı və Sumqayıt və s. şəhərlərində hiss olunub.

Azərbaycanın bir sıra bölgələrində zəlzələ oldu

Oxşar xəbərlər

Şəmkirdə minik avtomobili ağaca çırpılıb, ölən və xəsarət alan var

Şəmkirdə minik avtomobili ağaca çırpılıb, ölən və xəsarət alan var

Şəmkirdə minik avtomobili ağaca çırpılıb, ölən və xəsarət alanlar var. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə...

14 Hadisə 09:58 18 yanvar 2026

Son xəbərlər