Rusiyada vəhşicəsinə döyülən azərbaycanlı tələbə ölüb

Rusiyada vəhşicəsinə döyülən azərbaycanlı tələbə ölüb
Hadisə 4141
Rusiyanın Perm şəhərində vəhşicəsinə döyülən azərbaycanlı tələbə bu gün xəstəxanada keçinib.BAKU.WS xəbər verir ki, bu barədə APA-nın Rusiya bürosuna Permdəki Azərbaycan diasporunun sədri Çingiz İsayev bildirib.O, həkimlərin səylərinə baxmayaraq, Hüseyn Mustafayevi xilas etməyin mümkün olmadığını söyləyib.Qeyd edək ki, noyabrın 18-19-na keçən gecə Permdəki Farmakoloji Akademiyanın tələbəsi, Azərbaycan vətəndaşı, 1990-cı il təvəllüdlü Mustafayev Hüseyn Etibar oğlu naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülüb.Hadisədən bir neçə gün sonra onu döyən şəxslər polis tərəfindən saxlanılıb.Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər