Bakıda avtobus sürücüsü vəhşicəsinə döyüldü — VİDEO

Bakıda avtobus sürücüsü vəhşicəsinə döyüldü — VİDEO
Video
Hadisə 6309
Bakıda daha bir avtobus sürücüsü vəhşicəsinə döyülüb. BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün saat 17:30-da Memar Əcəmi metrostansiyasının yaxınlığındakı dayanacaqda 135 saylı, “10 TG 034” nömrə nişanlı avtobusun sürücüsü Kərimov Qüdrət Xanzalı oğlu sərnişin tərəfindən döyülüb. İnsident nəticəsində xəsarət alan sürücü təcili tibbi yardım avtomobili ilə 1 saylı Kiliniki Tibbi Mərkəzə (Semaşka) aparılıb, onun qaşına tikiş qoyulub. Faktla bağlı araşdırma aparılır. BAKU.WS

Son xəbərlər