Rus təyyarələri Türkiyənin çörək zavodunu bombaladı (VİDEO)

Rus təyyarələri Türkiyənin çörək zavodunu bombaladı (VİDEO)
Video
Hadisə 1540

 

Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Türkiyənin İnsan Haqq və Azadlıqları (İHH) İnsani Yardım Vəqfinin Suriyadakı çörək sexini bombalayıb.

BAKU.WS-in məlumatına görə, Suriyanın İdlib şəhərində yerləşən çörək sexində gündəlik orta hesabla 50 min adam üçün çörək istehsalı edilir. Sexdə 18 nəfər çalışırdı. İnsani Yardım Vəqfinin rəhbəri Bülent İldırım Suriyada bombalanan çörək sexi ilə bağlı danışıb. O bildirib ki, Suriya xalqına bir çörəyi çox görən düşüncə ilə qarşı-qarşıyayıq.

Vəqf rəhbərinin sözlərinə görə, çörək sexlərini, düşərgələri vurmaqda məqsəd bütün Suriya xalqını yox etməkdir: "Müsəlman ölkələrindəki qarşıdurmalarda vətəndaşlar açıq şəkildə hədəf alınır. Qadın və uşaqlara heç bir qiymət qoyulmur. Lazımi ehtiyacların ödənilməsi üçün fəaliyyət göstərən beynəlxalq təşkilatlar hədəf alınır. Suriyanın İdlib şəhərində fəaliyyət göstərən çörək seximiz rus təyyarələri tərəfindən yerlə bir edildi. Bu ərazilərdə İŞİD fəaliyyət göstərmir. Amma nədənsə hədəf alınan Suriyanın günahsız vətəndaşlarıdır".

Rus hərbi təyyarələri 16 ay əvvəl istifadəyə verilən çörək sexini bombalaması nəticəsində ölən və ya yaralanan olmayıb. Sex tamamilə yararsız hala düşüb. 

 

Qeyd edək ki, İnsan Haqq və Azadlıqları (İHH) İnsani Yardım Vəqfi bölgə, din, dil, irq və məzhəb ayrı-seçkiliyi etmədən dünyanın hər hansı bir yerində çətinliyə düşmüş, zülm görmüş, ac qalmış, müharibə, təbii fəlakət kimi səbəblərlə zərər çəkmiş, yaralanmış, şikəst qalmış, evsiz, yurdsuz, bütün insanlara humanitar yardım çatdırmaq və bu insanların əsas hüquq və azadlıqlarının pozulmasının qarşsını almaq məqsədi ilə 1992-ci ildən bu yana fəaliyyət göstərir. İHH İnsani Yardım Vəqfi 5 qitədə, 120 ölkə və bölgədə xidmət göstərir və Türkiyədən bütün dünyaya uzanan bir xeyir körpüsü olmağa çalışır. 

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Türkiyə ordusu hücuma keçdi

Türkiyə ordusu hücuma keçdi

Türkiyə ərazisində yerləşən Cebel əl-Aqra dağından Suriya ərazisi atəşə tutulub. BAKU.WS anspress-ə istinadən bildirir ki, Rusiya kütləvi informasiya vasitələr...

4996 Hadisə 13:27 29 noyabr 2015

Son xəbərlər