Ruhəngiz Qasımova dəfn edilib - FOTO/VİDEO

Ruhəngiz Qasımova dəfn edilib - FOTO/VİDEO
Foto Video
Hadisə 637

Əməkdar İncəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımova dəfn edilib. Bəstəkar bu gün Yasamal qəbiristanlığındakı ailə məzarlığında torpağa tapşırılıb. O, həyat yoldaşı Vasif bəyin qəbrinin yanında uyuyacaq.

***14:44

Əməkdar İncəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımovanın nəşinin bu gün səhər saatlarında Bakıya gətiriləcəyi bildirilmişdi.

BAKU.WS xəbər verir ki, hazırda mərhumla vida mərasimi keçirilir. Mərhumun nəşi Təzəpir məscidinə gətirilib. Məclisdə Qasımovanın övladları, yaxınları və incəsənət aləminin bir çox tanınmış simaları iştirak edirlər.

Bəstəkar bu gün Yasamal qəbiristanlığındakı ailə məzarlığında dəfn ediləcək. O, həyat yoldaşı Vasif bəyin qəbrinin yanında torpağa tapşırılacaq.

Xatırladaq ki, Ruhəngiz Qasımova vəfat etməsi ilə bağlı məlumatı ilk dəfə teatrşünas Anar Bürcəliyev paylaşıb. 82 yaşlı bəstəkar oktyabrın 9-da Honq-Konqda qızı Canana Paşa Süleymaninin evində vəfat edib.

***13:27

"Avqustun 14-də Honq-Konqa getmişdik. Pandemiyaya görə iki il idi, gələ bilmirdi. Orada yaxşı vaxt keçirdik. Sentyabrın 26-da Bakıya qayıtmalı idik. Onda anamın halı pisləşdi. 10 gün içində vəfat etdi. Son sözü isə "Uşaqlar üçün bozbaş bişirməyi yaddan çıxarma" oldu".

Bu sözləri BAKU.WS-ə açıqlamasında mərhum bəstəkar Ruhəngiz Qasımovanın qızı Canana Paşa Süleymani deyib. O, atasının vəfatından sonra anasının yaşamaq istəmədiyini vurğulayıb. Hazırda Təzə Pir məscidində mərhumla vida mərasimi keçirilir. Məclisdə Qasımovanın övladları, yaxınları və incəsənət aləminin bir çox tanınmış simaları iştirak edirlər.

Bəstəkar bu gün Yasamal qəbiristanlığındakı ailə məzarlığında dəfn ediləcək. O, həyat yoldaşı Vasif bəyin qəbrinin yanında torpağa tapşırılacaq.

Xatırladaq ki, Ruhəngiz Qasımovanın vəfat etməsi ilə bağlı məlumatı ilk dəfə teatrşünas Anar Bürcəliyev paylaşıb. 82 yaşlı bəstəkar oktyabrın 9-da Honq-Konqda qızı Canana Paşa Süleymaninin evində vəfat edib.

Son xəbərlər