Ruhəngiz Qasımovanın nəşi Azərbaycana bu vaxt gətiriləcək - AÇIQLAMA
"Babam bu ilin martında dünyasını dəyişib. Onun vəfatından sonra nənəm özünü toparlaya bilmədi. Həm də nənəm böyrək çatışmazlığından əziyyət çəkirdi. Bildiyiniz kimi, bibim Honq-Konqda yaşayır. O, müvəqqəti olaraq onun yanına getmişdi. Bir neçə gün sonra Azərbaycana qayıdacaqdı".
Bu sözləri BAKU.WS-ə açıqlamasında mərhum bəstəkar Ruhəngiz Qasımovanın nəvəsi, "Səs Azərbaycan" yarışmasının iştirakçısı Hilal Süleymanov deyib. Onun sözlərinə görə, nənəsinin nəşi 3 günə Azərbaycana gətiriləcək:
"Nənəm Honq-Konqa həm bibimi ziyarət etmək, həm də xəstəliyi ilə bağlı bəzi müayinələr etdirmək üçün getmişdi. Lakin orada səhhəti qəfildən pisləşib və vəfat edib. Nənəmin nəşi 3 gün ərzində Bakıya gətiriləcək".
Xatırladaq ki, Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova ötən gün Honq-Konqda yaşayan qızı Canana Paşa Süleymaninin evində vəfat edib. Sənətkar 82 yaşında dünyasını dəyişib.
Oxşar xəbərlər
Vilyam Hacıyevin 6 milyon manatlıq əmlakı müsadirə edilib - SİYAHI
Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı Vilyam Hacıyevin üzərinə həbs qoyulan əmlaklarının müsadirə edilməsi barə...