Rostov-Bakı mikroavtobusu qəzaya düşdü - çox sayda yaralı var
05
noy
2019
09:59
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Rostov-Bakı marşrutu ilə hərəkət edən sərnişin mikroavtobusu qəzaya uğrayıb. BAKU.WS Trend-ə istinadla xəbər verir ki, qəza nəticəsində 7 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı qeyd edilir.Qəza Budyonovski yaxınlığında Blaqodarnıy qəsəbəsində baş verib.Məlumata görə, yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Xəsarət alanların hamısının Azərbaycan vətəndaşları olduğu bildirilir.Qəzanın hansı şəraitdə və hansı səbəbdən baş verməsi hələ məlum deyil.Faktla bağlı araşdırmalara başlanılıb.
Oxşar xəbərlər
Moskvadan Azərbaycana gələn mikroavtobus ağır qəzaya düşdü – 2 ölü, 6 yaralı
İyulun 29-da Rostov vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, Moskvadan Azərbaycana hərəkət edən 20-EB-289 nöm...