Ərinə görə DİN-i məhkəməyə verdi
02
dek
2017
15:32
Vəfat edən polisin həyat yoldaşı Daxili İşlər Nazirliyini məhkəməyə verib.BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, vətəndaş Güldəstə Bayramova DİN-ə qarşı iddia qaldırıb.O bildirib ki, polis olan əri 2013-cü il yanvarın 18-də işlədiyi idarədə fiziki və peşə hazırlığı zamanı vəfat edib.G.Bayramova ərinin işdə ölməsinə əsaslanaraq DİN-dən onun 5 illik əmək haqqısı məbləğində kompensasiya tələb edib. Prosesə Dövlət Sığorta Kommersiya Şirkəti də üçüncü şəxs kimi cəlb edilib.Lakin 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsi qadının iddiasını qeyri-mümkün sayıb. Qərardan apellyasiya şikayəti verilib. Proses Bakı Apellyasiya Məhkəməsinin hakimi Sərvət Hüseynovun sədrliyi ilə dekabrın 6-da davam etdiriləcək.BAKU.WS
Oxşar xəbərlər
İş adamının qızı nazirliyin şöbə müdirini məhkəməyə verdi
Tanınmış biznesmen Müqayis Verdiyevin qızı Aytən Verdiyevə hazırda həbsdə olan məşhur futbolçu Maşallah Əhmədovun oğlu Tərlan Əhmədov və digər 2 nəfərə qarşı mə...