İş adamının qızı nazirliyin şöbə müdirini məhkəməyə verdi
Tanınmış biznesmen Müqayis Verdiyevin qızı Aytən Verdiyevə hazırda həbsdə olan məşhur futbolçu Maşallah Əhmədovun oğlu Tərlan Əhmədov və digər 2 nəfərə qarşı məhkəmə iddiası qaldırıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, A.Verdiyeva Nəsimi Rayon Məhkəməsinə müraciət edərək T.Əhmədov, Kazım Şərifov və Emil Allahverdovun ona olan borcunu qaytarmalarını tələb edib.
Kazım Şərifov ləğv edilən Nəqliyyat Nazirliyinin Təhlükəsizlik və Fövqəladə Hallar Şöbəsinin müdiri olub. Emil Allahverdov isə Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının Baş Hüquq Müfəttişidir.
Məhkəmə iş adamının qızının iddiasını rədd edib və o, qərardan apellyasiya şikayəti verib.
İş icraata götürülüb və proses Bakı Apellyasiya Məhkəməsinin hakimi Elnur Həsənovun sədrliyi ilə davam etdirilir.
Qeyd edək ki, Müqayis Verdiyev tikinti biznesi ilə məşğuldur. Mətbuatda yazılan məlumatlara görə, o, 1998-ci ildə mənimsəmə və israf etmə maddəsi ilə 4 il, 2002-ci ildə dələduzluq maddəsi üzrə 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 2013-cü ildə Müqayis Verdiyev Cinayət Məcəlləsinin 179.3-cü (mənimsəmə ) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilərək həbs edilib. 2015 -ci ildə Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.
T.Əhmədovun atası Maşallah Əhmədov isə dələduzluq maddəsi ilə təqsirləndirilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda onun hökmdən verdiyi şikayəti üzrə apellyasiya prosesi davam etdirilir.
BAKU.WS
Oxşar xəbərlər
Maşallah Əhmədov məhkəmədə zərərçəkəni hədələyib
Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirib. BAKU.WS APA-y...