Azərbaycanda ata və oğul bir-birini məhkəməyə verdi

Azərbaycanda ata və oğul bir-birini məhkəməyə verdi
Sosial 1163

Azərbaycanda mənzilə görə ata və oğul məhkəmədə görüşəsi olub.

BAKU.WS "Qafqazinfo” ya istinadən xəbər verir ki, ata Həsənov Elşən Əsgər oğlu məhkəmə iddiası qaldıraraq oğlu Həsənov Əsgər Elşən oğlunun mənzildən istifadə hüququna xitam verilməsini istəyib.

Oğul da qarşılıqlı iddia verərək E.Həsənovun mənzili özəlləşdirməsinin etibarsız hesab edilməsini, maddi və mənəvi zərərin ödənilməsini tələb edib.

Hər iki şikayətə Yasamal rayon məhkəməsində baxılıb. Bu il fevralın 20-də iş üzrə qətnamə çıxarılıb. Elşən Həsənovun iddiası təmin edilib və Əsgər Həsənovun mənzildən istifadə hüququna xitam verilib. Ə.Həsənovun qarşılıqlı iddiası isə rədd edilib.

Ə.Həsənov qərardan apellyasiya şikayəti verib. İş icraata götürülüb və proses Bakı Apellyasiya Məhkəməsinin hakimi Fuad Talışinskinin sədrliyi ilə aprelin 11-də davam etdiriləcək.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda hamilə arvadını ütü ilə yandıraraq zorlayan ərdən yeni xəbər

Bakıda hamilə arvadını ütü ilə yandıraraq zorlayan ərdən yeni xəbər

İki il öncə hamilə arvadını ütü ilə yandıraraq işgəncə verməklə zorlayan Rüfət Mehdiyev barəsindəki hökmdən apellyasiya şikayəti verib. BAKU.WS xəbər verir ki,...

16866 Hadisə 11:43 08 aprel 2017

Son xəbərlər