Rəhimin xəstəxanalıq olmasının səbəbi bilindi

Rəhimin xəstəxanalıq olmasının səbəbi bilindi
Hadisə 7165

 

Müğənni-bəstəkar Rəhim Rəhimlinin xəstəxanalıq olmasının səbəbi aydınlaşıb. 

Axşam.az-ın məlumatına görə, Gömrük Hospitalından görüntüləri yayılan sənətçi başına gələnləri "Xəzər Maqazin”ə danışıb:

"Gecə saatlarında evə gəlirdim. Axundov bağının yanında yeni tikilən binanın qarşısından keçəndə, sən demə, yol qəfil kəsilir. Heç bir işarə qoymayıblar. Mən də çuxura düşüb huşumu itirdim. Telefonum, çantam, rynəyim – hərəsi bir tərəfə dağılır. Əlim telefona çatmadığından heç kimə zəng edə bilmədim. 45 dəqiqə qanlar içində çuxurda qaldım. Təsadüfən 3 nəfər gənc oradan keçəndə iniltimi eşidib məni çuxurdan çıxardılar. Ayılanda gördüm reanimasiyadayam. 3 saat əməliyyat keçirmişəm. Sol ayağımın iki sümüyü sınıb və ora dəmir titan yerləşdiriblər. Bir aya qalxmağa icazə verəcəklər.

Allah saxladı. Gecə saat 5-də o uşaqlar oradan keçməsəydi, səhərə kimi orada qan itirəcəkdim”.

BAKU.WS

Son xəbərlər