Rəhbər vəzifədə işləyən qadın sürücü maşını aşırdı: 1 ölü, 3 yaralı
Goranboyda qadın sürücünün idarə etdiyi avtomobil aşıb. APA-nın xəbərinə görə, hadisə Goranboy-Tapqaraqoyunlu avtomobil yolunda qeydə alınıb.
Məlumata görə, Naftalan şəhərində yerləşən sanatoriyalardan birinin qadın rəhbəri öz işçilərini – 3 qadını evlərinə aparan zaman idarə etdiyi "Hyundai Sanata Fe” markalı avtomobilinin qarşısına qoyun çıxıb. İdarəetmədən çıxan avtomobil yolun kənarına aşıb.
Qəza zamanı xanım sürücü və onun iş yoldaşı olan qadınlar yaralanıb. Onlardan biri sonradan xəstəxanada keçinib.
Report" xəbər verir ki, ölən qadın sərnişin, 1975-ci il təvəllüdlü Hacıyeva Sahibə Cuma qızı, yaralananlar - Əmirova Arifə Tahir qızı (1973), Qarayeva Gülnarə Ağəli qızı (1969) və Hüseynova Ceyhunə Nəriman qızıdır (1961).
Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Bakı-Sumqayıt yolunda qəza: avtomobil qəfildən aşdı - VİDEO
Bu gün saat 16:00 radələrində Bakı-Sumqayıt yolunda qəza baş verib. Bakı istiqamətində hərkət edən "Hyundai AX35” markalı avtomobil aşıb. Hadisə şahidlərindən...