Rəşad Sadıqov avtomobil qəzasına düşüb
UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçirilən "Qarabağ" - "Ayaks" (0:3) oyununu izləməyə gedən "Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov matç başa çatdıqdan sonra stadion ərazisini tərk edərkən avtomobil qəzası keçirib.
Oxu.Az xəbər verir ki, qəza zamanı baş məşqçinin "Range Rover" markalı avtomobilinə maddi ziyan dəyib.
"Zirə" klubundan Oxu.Az-a verilən məlumata görə, hadisə zamanı Rəşad Sadıqov heç bir xəsarət almayıb.
Daha sonra avtomobil evakuator vasitəsilə hadisə yerindən götürülüb:
"Rəşad Sadıqovun vəziyyəti yaxşıdır və hansısa ciddi bir xəsarəti yoxdur".
Qalereya
Oxşar xəbərlər
Otağa icazəsiz daxil olmaq üstündə mübahisə: Əkiz qardaşlardan biri bıçaqlandı
Şəmkirdə əkiz qardaşlar arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, rayon sakini, 2008-ci il təvəllüdlü N.Q...