Rəşad Sadıqov avtomobil qəzasına düşüb
UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçirilən "Qarabağ" - "Ayaks" (0:3) oyununu izləməyə gedən "Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov matç başa çatdıqdan sonra stadion ərazisini tərk edərkən avtomobil qəzası keçirib.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, qəza zamanı baş məşqçinin "Range Rover" markalı avtomobilinə maddi ziyan dəyib.
"Zirə" klubundan verilən məlumata görə, hadisə zamanı Rəşad Sadıqov heç bir xəsarət almayıb.
Daha sonra avtomobil evakuator vasitəsilə hadisə yerindən götürülüb:
"Rəşad Sadıqovun vəziyyəti yaxşıdır və hansısa ciddi bir xəsarəti yoxdur".
Qalereya
Oxşar xəbərlər
Tanınmış fotoqraf və qızı Bakı-Sumqayıt yolunda ağır qəzaya düşüblər
Bakı-Sumqayıt yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub. BAKU.WS xəbər verir ki, qəza nəticəsində tanınmış...