"Range Rover" at arabası ilә toqquşdu, bir nәfәr öldü, iki nәfәr yaralandı
Bu gün sәhәr saatlarında Gәndob-Yalama yolunun 23-cü km-dә, Xaçmaz rayonu әrazisindә yol-nәqliyyat hadisәsi baş verib.
APA-nın şimal bürosunun verdiyi mәlumata görә, "Range Rover" markalı avtomobil at arabası ilә toqquşub.
Nәticәdә bir nәfәr ölüb, iki nәfәr xәsarәt alıb. Ölәn şəxs – Xaçmaz rayonu Bәyqışlaq kәnd sakini Sәfәrәliyev Anar Qәzәnfәr oğlu xәstәxanaya aparılarkən dünyasını dәyişib. Hadisədə xәsarәt alanlar isə Qaradağbuduq kәnd sakini, 1996-cı il tәvәllüdlü Sәfәrәliyev Nurlan Qafar oğlu vә Quba rayonu, Vәlvәlә kәnd sakini, 1979-cu il tәvәllüdlü Mәhәmmәd Mansurovdur.
M. Mansurovun vәziyyәti ağırdır.
Faktla bağlı araşdırmalar davam etdirilir.
BAKU.WS
Oxşar xəbərlər
Keçmiş polis rəisinin oğlu “Range Rover”i belə aşırdı (FOTO, VİDEO)
İmişlidə ağır yol nəqliyyat hadisəsi baş verib. BAKU.WS Region TV-yə istinadən xəbər verir ki, hadisə İmişli-Kürdəmir avtomobil yolunun Allahmədətli kəndi əraz...