İrandan ölkəyə gələn bu şəxsdən narkotik çıxdı FOTO

13
iyn
2018
11:35
İrandan Azərbaycana qaçaq yolla külli miqdarda narkotik maddə keçirən şəxs saxlanılıb.BAKU.WS xəbər verir ki, Gürcüstan vətəndaşı olan Almaz Rzayev qanuni yolla Türkiyədən İrana keçərək orada Xatəm adlı şəxslə cinayət əlaqəsinə girib. O, külli miqdarda narkotik maddəni həmin şəxsin bələdçiliyilə Azərbaycan ərazisinə keçirkən Biləsuvar rayon Səmədabad kəndində dövlət sərhədi yaxınlığında saxlanılıb.Saxlanılarkən onun üzərindəki idman çantasından 8 kq-dan çox narkotik maddə olan tiryək və 300 qrama yaxın heroin aşkar edilərək götürülüb.Almaz Rzayev polisə verdiyi ilkin ifadə zamanı bildirib ki, üzrindəki narkotiki ona İrandan qaçaq yolla Azərbaycana keçirmək tapşırılıb.Bunun müqabilində isə ona müəyyən məbləğdə pul ödəniləcəyi vəd verilib.Hazırda faktla bağlı cinayət işi başlanıb. İstintaq davam edir.BAKU.WS


Oxşar xəbərlər
Salyan sakinindən külli miqdarda narkotik götürülüb
Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək mə...
