"Ramazana görə 100 manat pul və ərzaq yardımı" - DİQQƏTLİ OLUN, ALDANMAYIN
29
yan
2026
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"WhatsApp" platformasında Ramazan yardımı adı altında yayılan saxta mesajlar vətəndaşlar üçün təhlükə yaradır.
Bu tipli mesajlardan biri də BAKU.WS saytının "qaynar xətt" nömrəsinə daxil olub.
Adıçəkilən mesajda guya hər ailəyə ərzaq məhsulları və pul yardımı veriləcəyi bildirilir, vətəndaşlardan isə linkə daxil olaraq "müraciət forması"nı doldurmaları tələb olunur.
Xatırladaq ki, Daxili İşlər Nazirliyi belə mesajlarla bağlı dəfələrlə əhaliyə müraciət edib. Vətəndaşlara saxta mesajlara və yalan paylaşımlara etibar etməmək tövsiyə olunub.
Oxşar xəbərlər
Qazaxda yaşayış evinin həyətyanı sahəsində yanğın
Qazaxda yaşayış evinin həyətyanı sahəsində yanğın olub. BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-in "112" qaynar te...