Qızına qarşı seksual hərəkətlər etdi, sonra azərbaycanlı sevgilisini öldürdü – TƏFƏRRÜATLAR
27
iyl
2018
09:27
İyulun 24-də Türkiyənin Konya vilayətinin Karatay rayonunda sevgilisi, 50 yaşlı Azərbaycan əsilli Saibə Yüksəliri öldürməkdə ittiham olunan 46 yaşlı kolleksioner Rahim A. ilə bağlı yeni məlumatlar üzə çıxıb.BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, məlumatlarda hadisədən bir gün əvvəl Rahimin Saibənin 14 yaşlı qızına qarşı seksual xarakterli hərəkətlər etdiyi bildirilib.Yeniyetmə qız hadisə baş verən günü polisə gedərək, faktla bağlı şikayət edib.Xatırladaq ki, bir neçə gün əvvəl üç uşaq anası və həyat yoldaşından boşanmış Saibə Rahimin iş yerinə gəlib. O, sevgilisindən arvadını boşamağı tələb edib. Bu zaman tərəflər arasında mübahisə düşüb və hadisə yerinə polis çağırılıb. Cütlük bir-birindən şikayətçi olmadığını bildirib.Rahim iyulun 24-də avtomobili ilə iş yerinə gəldiyi vaxt tapança ilə Saibəyə səkkiz dəfə atəş açıb və onu maşından ataraq, hadisə yerindən qaçıb. Saibə Yüksəlir isə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.Rahim A. 2001-ci ildə iki nəfəri öldürmüş və 12 il həbsxana həyatı yaşadıqdan sonra şərti azadlığa çıxmışdı.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı qadının Türkiyədə faciəvi sonu - FOTO
Azərbaycanlı qadın Türkiyədə qətlə yetirilib.BAKU.WS Türkiyə KİV-nə istinadən xəbər verir ki, 3 uşaq anası olan 50 yaşlı Sahibə Yüksəlir bu səhər yerli vaxtla 0...