"Quska"nın məhkəməsi yenə təxirə salındı
05
sen
2024
17:54
"Quska" kimi tanınan keçmiş deputat Hüseyn Abdullayevin məhkəməsi təxirə salınıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilməli olan bugünkü iclas hakim Elnur Nuriyevin iştirak etməməsi səbəbindən keçirilməyib.
İclasın vaxtı sentyabrın 12-nə salınıb.
Xatırladaq ki, H.Abdullayev 2018-ci ildə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Həmin müddət bu yaxınlarda başa çatıb.
Lakin yeni cinayət işinə görə Abdullayev azadlığa çıxa bilməyib.
Oxşar xəbərlər
Sumqayıtda azyaşlının avtobusla vurularaq ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb
Sumqayıtda azyaşlının avtobusla vurularaq ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb. BAKU.WS report-a istinadən xəbər verir ki, 1963-cü il təvəllüdlü Rüstəm...