Qubada qar və yağışla əlaqədar 7 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib
Qubanın Qrız, Haput, Əlik, Cek, Bostankeş, Qalaxudat və Xınalıq kəndlərinə gedən yollarda hərəkət məhdudlaşıb.
BAKU.WS APA-ya istindən xəbər verir ki, Quba-İspik-Xınalıq avtomobil yolunun 37-ci km-dən 50-ci km-ə qədər 1 metrə qədər qar yağıb. Eyni zamanda müxtəlif yerlərdə intensiv yağışlar nəticəsində yola daş, qaya parçaları tökülüb. Hazırda yolun açılması istiqamətində işlər görülür.
Adıçəkilən kəndlərə aparan alternativ yol olan Quba-Alpan-Xınalıq yolu da qar səbəbindən bağlıdır.
İntensiv yağışlar elektrik təsərrüfatına da ziyan vurub. Elektrik dirəkləri aşıb, naqillər qırılıb.
Qeyd edilən kəndlərə enerji verilişi dayanıb.
Qalereya
Oxşar xəbərlər
Şuşada mina partlayışı olub, bir nəfər xəsarət alıb
Şuşa rayonunun Cəmillər kəndi ərazisində mina partlayışı baş verib. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorl...