Qubada atanın qızını öldürməsinin təfərrüatları məlum olub
Yeniliklərdən dərhal xəbərdar olun
Qubanın Barlı kəndində atanın qızını boğaraq öldürməsi hadisəsinin təfərrüatları məlum olub.
BAKU.WS "Report"a istinadla xəbər verir ki, kənd sakini, 1991-ci il təvəllüdlü İmanquliyeva Zeynəb Məhərrəm qızı ailə quraraq Xaçmaz rayonuna köçüb, lakin bir neçə il əvvəl həyat yoldaşından boşanıb. Ailənin həmin nikahdan iki övladı var. Övladlar onun həyat yoldaşına verilib.
Z.İmanquliyeva ata evinə qayıtdıqdan sonra ailədə dəfələrlə mübahisələr yaranıb. Qadın ata evindən qaçıb. Axtarışa verilən Z.İmanquliyeva tapıldıqdan sonra ailə münaqişəsi yenə kəskinləşib. Nəticədə atası Məhərrəm İmanquliyev onu boğaraq öldürüb.
Oxşar xəbərlər
Ucarda ailə dramı – kişi azyaşlı oğlunun gözü qarşısında arvadını baltaladı
Arvadını baltalayan Ucar rayon sakini cəzasının azaldılması məqsədi ilə Ali Məhkəməyə müraciət edib.BAKU.WS "ölkə.az”a istinadən xəbər verir ki, cinayət məcəllə...