Quba sakinindən 11 kiloqram narkotik maddə aşkarlanıb - VİDEO

Quba sakinindən 11 kiloqram narkotik maddə aşkarlanıb - VİDEO
Video
Hadisə 53

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaşımasında və satmasında şübhəli bilinən rayon sakini Sasun Yusufov saxlanılıb.

Həmin şəxsin üzərinə və yaşadığı evə baxış keçirilən zaman 11 kiloqram 198 qram narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə S.Yusufovun barəsində həbs qətimkan tədbiri seçilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər