Qonşularla dalaşan ər-arvad xəstəxanalıq oldu – VİDEO
21
sen
2018
12:23
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Qonşuları ilə mübahisə edən ər-arvad xəstəxanalıq oldu.BAKU.WS ARB TV-yə istinadən xəbər verir ki, Ağstafada qonşuların 6 il davam edən mübahisəsi ər və arvadın döyülməsi ilə nəticələnib.Belə ki, tüstü üstündə düşən dava onları xəstəxanalıq edib.Ağstafanın Köçəsgər kəndində 31 yaşlı Ramiz Sultanov və onun həyat yoldaşı 30 yaşlı Aliyə Sultanova qonşuları tərəfindən döyülüb.Səbəb zərərçəkənlərin həyətlərində ocaq yandırması olub. Bu da qonşuluqdakı Cabbarovlar ailəsini narahat edib. Gecədən başlayan mübahisə səhər saatlarında qanlı dava ilə yekunlaşıb.“Sırağagün mən işdə olmuşam, yoldaşım evdə ocaq qalayıb. Qonsu deyib niyə qalıyırsan? Tüstü mənə gəlir. Axşam dedilər ki mənim işim yoxdu sizinlə. Sabahsı gün məni tutdular maşında döydülər”, - deyə zərərçəkən Ramiz Sultanov bildirib.Həyat yoldaşı Aliyə Sultanova ərinin qonşuları tərəfindən döyüldüyünü görüb və onları ayırmaq istəyib. Bu zaman qadın da döyülüb. Hər iki şəxsi yaxınları xəstəxanaya aparıb. Tibbi yardım göstərildikdən sonra palataya yerləşdiriliblər. Zərərçəkənlərin bildirdiyinə görə, qonşular arasında müxtəlif səbəblərdən əvvəllər də mübahisə yaşanıb. Faktın təfərrüatlarını Ağstafa rayon polis şöbəsi araşdırır.BAKU.WS
Oxşar xəbərlər
Qadın sürücü qəza törətdi, əri xəstəxanalıq oldu
Xızıda Rusiyadan gələn ər-arvad qəzaya düşüb.BAKU.WS "report"a istinadən xəbər verir ki, Bakı-Quba yolunun 61-ci kilometrliyində Rusiya Federasiyasından Bakıya...