Goranboyda 28 yaşlı gənc məktub yazaraq özünü öldürmək istədi - TƏFƏRRÜAT

Goranboyda 28 yaşlı gənc məktub yazaraq özünü öldürmək istədi - TƏFƏRRÜAT
Hadisə 1230
Goranboy rayonunda 28 yaşlı gənc intihara cəhd göstərib.BAKU.WS report-a istinadən xəbər verir ki, 1990-cı il təvəllüdlü Vüsal Taleh oğlu Həsənov yaşadığı evdə özünü asaraq öldürməyə çalışıb. O, yaxınları tərəfindən xilas edilərək xəstəxanaya aparılıb, vəziyyətinin orta-ağır olduğu bildirilir.Rayonun Dəliməmmədli şəhəri ərazisində baş vermiş intihar hadisəsinin bəzi təfərrüatları məlum olub. 28 yaşlı Vüsal Həsənov yaşadığı evdə tək olan zaman məktub yazaraq kəndiri boğazına keçirib və özünü asmaq istəyib. Məlumata görə, V.Həsənov yazdığı məktubda mülk məsələsinə görə intihar etdiyini qeyd edib. V.Həsənovun həyat yoldaşı evə gələn zaman onu tavandan asılı vəziyyətdə görüb. Qadın qışqıraraq qonşuları köməyə çağırıb və yaxınlıqdakılar səsə gələrək V.Həsənovu kəndirdən endiriblər. Onun hələ həyatda olduğunu görüb dərhal xəstəxanaya aparıblar. Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.BAKU.WS

Oxşar xəbərlər

Bakıda daha bir intihar: 24 yaşlı oğlan özünü asdı

Bakıda daha bir intihar: 24 yaşlı oğlan özünü asdı

Bakının Sabunçu rayonunda intihar hadisəsi qeydə alınıb.BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsində baş verib.1994-cü il təvəllüdlü Əl...

2647 Hadisə 10:08 23 yanvar 2018

Son xəbərlər