Mingəçevirdə əri 32 yaşlı qadını xəstəxanalıq edib
15
noy
2017
21:00
Mingəçevir şəhərində 32 yaşlı qadın həyat yoldaşı tərəfindən döyülüb. BAKU.WS "Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Günəşli yaşayış massivi, 20-ci küçədə qeydə alınıb. Belə ki, 1985-ci il təvəllüdlü Xəyalə Telman qızı Nizamzadə ailə münaqişəsi zəminində əri tərəfindən döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib və ona tibbi yardım göstərilib.Faktla bağlı araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda kütləvi dava - 22 yaşlı gənc ağır xəsarət alıb
Mingəçevir şəhərində kütləvi dava olub. "Report”un Şirvan bürosunun məlumatına görə, hadisə şəhərin Tərəvəzçilik yaşayış massivində qeydə alınıb.Belə ki, həmin...