Azərbaycan görünməmiş vəhşilik: ər və qayınana gəlini amansızcasına döydü

Azərbaycan görünməmiş vəhşilik: ər və qayınana gəlini amansızcasına döydü
Hadisə 2334

 

Mingəçevirdə ailə münaqişəsi zəminində döyülmə hadisəsi baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə ailənin yaşadığı Heydər Əliyev prospekti, 66/25, mənzil, 6-da qeydə alınıb.

1985-ci il təvəllüdlü gəlin Abdurəhmanova Tünzalə Sehman qızı ailə münaqişəsi zəminində doğmaları tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri alıb.

Xəstəxanaya yerləşdirilən qadının bədəninin əksər nahiyələrində gematoma qeydə alınıb. Ona ilkin tibbi yardım göstərilib.

Əldə edilən ilkin məlumata görə, gəlin həyat yoldaşı və qayınanası tərəfindən təhqir olunaraq amansızcasına döyülüb. Münaqişənin əsl səbəbi isə hələ ki, məlum deyil.

Hadisə ilə bağlı şəhər Polis şöbəsində araşdırma aparılır.

BAKU.WS

Son xəbərlər