Bakıda xəstəxanada qayınana 5 aylıq hamilə gəlinini döydü, təhqir etdi
03
dek
2016
11:59
Bakıda xəstəxananın ginekologiya şöbəsində qayınana gəlinini döyüb.
"Report"un əldə etdiyi məlumata görə, 3 saylı Şəhər Klinik Xəstəxanasının Ginekologiya şöbəsində 1997-ci il təvəllüdlü Əliquliyeva İnci Ramazan qızı qayınanası tərəfindən döyülüb.
Qeyd edək ki, İ.Əliquliyeva 5 aylıq hamilədir. O, ağrılarla bağlı xəstəxanaya müraciət edib və xəstəxanaya qayınanası ilə birlikdə gəlib. Özünün dediyinə görə, o hamiləliyi ilə bağlı qayınanası tərəfindən təhqir edilərək döyülüb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda nitq qüsurlu qadına qarşı iyrənc əməl
Bakıda nitqi qüsurlu qadın döyülüb. BAKU.WS Report-a istinadən xəbər verir ki, hadisə Yeni Günəşli qəsəbəsi V massivi bina 21-də qeydə alınıb. Belə ki, 1993-c...